Azərbaycann Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyana cavab verib.
XİN-in Mətbuat Xidmətindən ONN media -ya bildirilib ki, Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edir.
"Bu uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır. Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.
Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır.
Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq", XİN-in açıqlamasında vurğulanıb.
Azərbaycan XİN-dən Artur Vanesyana CAVAB



Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına CAVAB
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
XİN-dən hərbçimizin ölümü ilə bağlı bəyanat
XİN-dən şəhidimizlə bağlı - Bəyanat
Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur - Rəsmi Bakıdan bəyanat
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
Əsgərimizin yaralanmasına XİN-dən reaksiya
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü razılaşdırılıb”
XİN-dən Qarabağda keçirilən təlimlərə SƏRT REAKSİYA
XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı MƏLUMAT YAYDI
ABŞ Azərbaycan və Ermənistanın XİN başçılarının Vyana görüşünü alqışlayır
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 