Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın işğal edilmiş ərazilərdə hərbi təlimlər keçirməsinə münasibət bildirib.
ONN media xəbər verir ki, XİN-in mətbuat xidmətindən publika -ya daxil olan bəyanatda deyilir: “ Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcəkdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.



Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına CAVAB
Nazirlərin görüşü TƏSDİQLƏNDİ
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
XİN-dən hərbçimizin ölümü ilə bağlı bəyanat
Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
Ermənilər sülhə hazırlaşır?
XİN-dən şəhidimizlə bağlı - Bəyanat
Azərbaycan XİN Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yaydı
XİN-dən Mnatsakanyanın ittihamına SƏRT CAVAB
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 