Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib. ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar. “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar. Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər. Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb. UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib. Sonra xatirə şəkli çəkdirilib. Daha sonra oyun başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb. Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər, uşaqlarla görüşüb, xatirə şəkilləri çəkdirib.
Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izləyib



Dünyanın 203 ölkəsi eyni anda Bakını görəcək - MÖHTƏŞƏM ANLAR
Prezident tribunada azarkeşlərlə görüşdü – FOTO
Bakı finalının açılış mərasimindən FOTOLAR
UEFA finalı Bakıda keçiriləcək turnirin loqosunu dəyişdi - FOTO
UEFA Avropa Liqasının final görüşünün stadionu MƏLUM OLDU
Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI
İlham Əliyev və ailəsi final oyununu stadionda izləyib
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
"Azərbaycan Dəmir Yolları" TƏDBİRLƏR PLANI hazırladı - Avroliqanın finalı ilə bağlı
SON DƏQİQƏ: Çempionlar Liqasının finali 2023-cü ildə İstanbulda oynanılacaq
II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi
Madrid Bakıya uduzdu - FOTO
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 