Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi keçirilib. ONN media xəbər verir ki, final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu UEFA Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxıb. Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılanıb. Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa edib və tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi olub. Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi olub. Sonra kubok arenaya gətirilib və futbolçular meydana çıxıblar. Qeyd edək ki, açılış mərasiminin prodüseri Polşanın “Platige Image” şirkətidir. Bu şirkət indiyədək yeddi UEFA mərasiminin hazırlanmasında iştirak edib. UEFA Avropa Liqasının Bakıdakı final matçının açılış mərasimi dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şoularının rejissoru və səhnə rejissoru Valdek Şimkoviakdır.
Bakı finalının açılış mərasimindən FOTOLAR



İlham Əliyev və ailəsi final oyununu stadionda izləyib
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
Avropa Liqasının finalına bilet varmı?
Dünyanın gözü Bakıda- Tarixi anlar yaşanır
Dünyanın 203 ölkəsi eyni anda Bakını görəcək - MÖHTƏŞƏM ANLAR
Avroliqanın finalına nə qədər bilet satılıb? - RƏSMİ
UEFA qərarını verdi! İstanbulda 2 nəhəng final oynanılacaq
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
Bakıda tarixi anlar yaşanır - Start heyətlər açıqlandı
DİQQƏT - Bu yollar bağlanacaq
UEFA finala gələn azarkeş sayını açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 