M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının üzvlərinin Ümumi Yığıncağının iclasında M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə yekdilliklə Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib. ONN media xəbər verir ki, Akademiyanın yeni, o cümlədən xarici üzvləri maksimal dərəcədə şəffaf prosedur – səslərin elektron hesablanması vasitələrinin tətbiqi ilə bülletenlərlə gizli səsvermə yolu əsasında seçilib. Bu sistemdən Rusiya Mərkəzi Seçki Komissiyasının keçirdiyi ümum-Rusiya seçkilərində istifadə olunur. Səsvermədə iclasa qatılan bütün Akademiya üzvləri iştirak ediblər. Ümumi Yığıncağın iclasında 200-ə yaxın rusiyalı və xarici alim, Akademiya üzvləri, Rusiya Prezidenti Administrasiyasının, Rusiya hökumətinin, federal nazirlik və qurumların, Rusiya Dövlət Dumasının nümayəndələri, Rusiya Təhsil Akademiyasının Qəyyumlar Şurasının üzvləri və görkəmli dövlət xadimləri iştirak ediblər. Əsas müzakirə mövzusu “Təhsil”, “Elm” milli layihələrinin reallaşdırılmasında Rusiya Təhsil Akademiyasının iştirakı, eləcə də Akademiyanın perspektiv inkişaf planları və gələcək irimiqyaslı layihələr olub. İclasın ikinci hissəsində Akademiyanın yeni üzvləri və onun idarəetmə orqanlarının nümayəndələri seçilib. Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Hannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyası) da Rusiya Təhsil Akademiyasının xarici üzvləri seçiliblər.(trend)
Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçildi



Prezidentdən Nərgiz Paşayeva ilə bağlı VACİB ADDIM
Azərbaycan alimi Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib
AMEA-nın I vitse-prezidentləri məlum oldu - Adlar
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
Akademiklər toplandı: Nə baş verir?
Ramiz Mehdiyevə yeni vəzifə verildi
AMEA-nın yeni prezidenti Nərgiz Paşayeva oldu
Ramiz Mehdiyevə yeni vəzifə verildi
Prezident bu komissiyanın tərkibini dəyişdi
Şamaxı Rəsədxanasına baş direktor seçildi
AMEA-ya yeni vitse-prezident seçildi
AMEA birinci vitse-prezident seçir: namizədlər kimdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 