“Dare to Dream” şüarı ilə Təl-Əvivdə keçiriləcək 64-cü Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Truth” (Həqiqət) adlı mahnı ilə Çingiz Mustafayev təmsil edəcək.
ONN media xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” məlumat verib.
Sənətçi sevincini instaqramda paylaşıb və bildirib ki, bu müsabiqədə çıxış etmək onun üçün böyük fəxrdir: "2019-cu ilin Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək mənim üçün həm çox sevindirici, həm də qürurvericidir. Mən may ayında Tel-Əvivdə "Həqiqət"i açıqlayacam! Dostlar, ümid edirəm ki, mahnı və videoklipi bəyənəcəksiniz".
Çingiz Mustafayev kimdir?
Çingiz Mustafayev Moskvada anadan olmuş və uşaqlıq illərini orada keçirmişdir. Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, anasının vətəninə – Qazaxa köçür.
Çingiz ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra sonra peşəkar və böyük səhnədə məşhurluq əldə etməyə başladı.
Gitarada ifaları ilə izləyicilərin yaddaşlarında özünə yer edən ifaçı özünü bəstəkar kimi də sınayır. O, əsasən öz bəstələrini ifa edir.
Çingiz digər Avroviziya təmsilçimiz Dilarə Kazımova kimi özünü 2016-cı ildə Ukraynanın “The Voice” adlı mahnı müsabiqəsində sınamış və uğurla çıxış etmişdi.
Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.



Azərbaycanın “Avroviziya 2019” tanıtım çarxı yayımlandı - VİDEO
Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu - FOTO
Azərbaycanı "Avroviziya"da o təmsil edəcək
“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək
Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsi başlayıb
Çingiz azərbaycanlılara səsləndi
“Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
“Avroviziya"da ölkəmizi təmsil edəcək mahnı açıqlandı
Çingiz Avropanı valeh etdi - 13-dən 5-ə qalxdıq
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
“Eurovision” finalçılarımız bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 