Türkiyə hərbçiləri "S-400" zenit-raket kompleksini almazdan öncə Azərbaycanda müvafiq kursu keçəcəklər.
ONN media xəbər verir ki, belə bir təklif Azərbaycan tərəfindən gəlib.
Belə ki, türk hərbçilər Azərbaycanda "S-300" zenit-raket kompleksləri ilə tanış olacaqlar. Bundan sonra onlar Rusiyaya gedəcək və 2020-ci ilin yanvarında Ankaraya geri dönəcəklər.
Artıq təlimlərdə iştirak edəcək 100 hərbçinin seçilməsi işlərinə başlanılıb.
Qeyd edək ki, martın 6-ı ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - amerikalı sözçü vurğulayıb.
Palladino qeyd edib ki, "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanunu çərçivəsində "S-400" alan dövlət və ya özəl bütün qurum və şəxslərin potensial sanksiyalara məruz qala biləcəyi bəyan olunub. Qeyd edək ki, CAATSA qanunu Rusiyanın müdafiə və kəşfiyyatı ilə əlaqəli olan qurum və təşkilatlarla əməkdaşlıq edən üçüncü ölkə və şirkətlərə də sanksiya tətbiq olunmasını nəzərdə tutur. Dünən ABŞ-ın Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələri komandanı, ordu generalı Kortis M.Scaparrotti də deyib ki, Türkiyə "S-400" alarsa, "F-35" qırıcıları bu ölkəyə verilməməlidir.(Sputnik Azərbaycan)


Ərdoğan S-400 məsələsində nöqtəni qoydu
Türkiyə Rusiyadan ikinci “S-400” alayı alacaq?
ABŞ Türkiyəni təhdid etdi
SON DƏQİQƏ: Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ
Tramp Türkiyə üçün hərəkətə keçdi - Ən yaxşı silahlarını göndərəcək
Türkiyə S-400-dən imtina etməyəcək
NATO-dan Türkiyəyə xəbərdarlıq
S-400-lər Türkiyəyə gətirildi
Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? – AÇIQLAMA
Region savaşın astanasında: Türkiyə 1 saat ərzində... - FOTO
Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR - Bu tarixlərdə...
ABŞ yenidən Türkiyəni hədələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 