Prezident İlham Əliyevin Ağsuya səfəri zamanı dövlət başçısı ilə görüşən sakin Həcər Zamanovanın nəvəsi Türkiyəyə göndərilir.
ONN media xəbər verir ki, gözündən müalicə almağa ehtiyacı olan 1990-cı il təvəllüdlü Murad Zamanov bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə yola salınacaq.
Murad Zamanov saat 13:30-da İstanbula yola düşüb: “Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir”.
Xatırladaq ki, Muradın nənəsi prezidentlə görüşündə valideynlərini itirmiş nəvəsi ilə bağlı məsələni qeyd etmişdi. Qadın bildirmişdi ki, nəvəsinin bir gözü tam görmür, digər gözü isə çox zəifdir.
Ölkə başçısı isə sakinə cavabında məsələnin həll ediləcəyini qeyd etmişdi: “Mən bu məsələni tapşıraram. Əlaqə vasitələri götürün. Siz bu barədə narahat olmayın. Lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.Unikal.org



Prezident daha bir şəxsə ev verdi
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident və xanımı Fəxri xiyabanda
İlham Əliyev və Mehriban Əliyeva Qubada
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev və xanımı ulu öndərin məzarını ziyarət ediblər
Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib
Mehriban Əliyeva Uşaq Mərkəzində
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident və xanımı Şuşada
Mehriban Əliyeva Gəncədə - FOTO
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 