Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya il ərzində yeddi milyard ABŞ dolları (6,2 milyard avro) həcmində yardım göstərmək barədə razılığa gəliblər.
ONN media-nın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə məlumatı Avropa İttifaqının humanitar yardım və böhrandan mühafizə üzrə komissarı Xristos Stilianidis təsdiqləyib. Brüsseldə keçirilən və 50-dən artıq donor ölkənin təmsilçilərinin qatıldığı konfransda Almaniya nümayəndələri Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım üçün əlavə 1,44 milyard avro vəsait ayırmağı vəd ediblər.
Konfrans çərçivəsində razılaşdırılan vəsaitlər ilə ərzaq, tibbi ləvazimatlar və dərmanların alınması, eləcə də uşaqların tədrisə cəlb edilməsi maliyyələşdiriləcək. BMT-nin rəsmi statistikasına əsasən, hazırda Suriyada 11,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bundan başqa isə Türkiyə, Livan və İordaniyadakı qaçqın düşərgələrində yaşayan milyonlarla insana maddi yardımlar çatdırılmalıdır.



Aİ-dən Ukraynaya daha bir yardım
Avropa İttifaqı bu qonşu ölkəyə 400 milyon avro YARDIM EDİR
Dünyanın ən bahalı futbolçusu kimdir?
Berlində "həyəcan": Kiyev üçün 5 milyard çatmır
Avropa İttifaqı Ermənistana 24 milyon avro YARDIM AYIRDI
BMT Ukraynaya yardım planını AÇIQLADI
Çin Azərbaycana tibbi yardım göndərdi
Avropa şirkətləri Azərbaycana 20 milyard dollar yatırıb
Aİ Ukraynaya necə kömək edir?
AB Türkiyəyə yardım ayırdı – 3 milyard
Baydendən Ukraynaya TARİXİ YARDIM
ABŞ Ermənistana 11,5 milyonluq humanitar yardım ayırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 