ONN İnformasiya Agentliyi

BMT Ukraynaya yardım planını AÇIQLADI

BMT Ukraynaya yardım planını AÇIQLADI
1-03-2022, 23:19

BMT Baş katibi Antoniu Quterreş Ukraynada yaxın aylarda baş verəcək humanitar böhranın qarşısını almaq üçün təşkilatın planlaşdırdığı əsas yardım paketini açıqlayıb.

ONN media xəbər verir ki, BMT-nin Cenevrədəki qərargahında təşkil olunan “Humanitar Yardımın Birgə Təşviqi və Qaçqınlara Regional Dəstək Planı" başlıqlı iclasa Nyu-Yorkdan qatılan A.Quterreş Ukraynadakı müharibə ilə əlaqədar humanitar böhranın yaxınlaşdığını və milyonlarla insanın köməyə ehtiyacı olacağını deyib.

Baş katib bildirib ki, müharibədən təsirlənən və köçkün vəziyyətinə düşmüş 6 milyondan çox insanın ehtiyaclarını qarşılamaq üçün Ukraynaya 1,1 milyard ABŞ dolları, sərhədləri keçərək qonşu ölkələrə köç edən ukraynalılar üçün isə 551 milyon dollar məbləğində yardım tələb olunur. A.Quterreş BMT-nin tələb olunan məbləğin toplanması üçün fəaliyyətə başladığını bildirib. ("Report")

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png