ONN media xəbər verir ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.
Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.
Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida" hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank" ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var.



Əfv sərəncamının icrasına başlanıldı
Əfv olunan 11 qadın azadlığa buraxıldı
Prezidentdən 620 nəfərə Novruz MÜJDƏSİ
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRANCAM
Əfv sərəncamı kimlərə şamil olundu?
Prezidentimiz bu addımı ilə yüzlərlə ailəni sevindirdi - Deputat
Əfv sərəncamının icrasına başlanıldı
Əfv sərəncamının icrasına başlanıldı
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
Əfv Sərəncamının icrası başa çatdı
Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs əfv edildi
Prezident 176 məhkumu əfv etdi - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 