"Dünən Prezident əfv sərəncamı imzalayıb. Biz də sərəncamın icrasını təşkil edirik".
ONN media xəbər verir ki, bunu Pentensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bildirib. O, qeyd edib ki, sərəncamın icrası ilə bağlı təşkilatı tədbirlər görülür: "Məhkumların azadlığa buraxılması üçün qruplar təşkil olunub. Əfv olunan məhkumların azadlığa buraxılması yüksək səviyyədə həyata keçiriləcək".
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti QHT-lərin, KİV nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə əfv sərəncamının icrasına başlayıb.
Sərəncamın icrası Pentensiar Xidmətin cəza çəkmə müəssislərində həyata keçirilir. Əfv olunan bütün məhkumlar günün sonuna kimi azadlığa buraxılacaq.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamı 634 nəfərə şamil edilib. Sərəncamla 607 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9, cərimə cəzasına məhkum edilmiş 11 cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.



Əfv olunan 11 qadın azadlığa buraxıldı
Əfv sərəncamının icrasına başlanıldı
Əfv sərəncamının icrasına başlanıldı
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Əfv sərəncamı kimlərə şamil olundu?
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRANCAM
Prezidentdən 620 nəfərə Novruz MÜJDƏSİ
Müdafiə nazirinin sabiq müavini azadlığa buraxıldı
Əfv Sərəncamının icrası başa çatdı
Prezidentimiz bu addımı ilə yüzlərlə ailəni sevindirdi - Deputat
Cəzadan azad edilən məhkumlarla bağlı VACİB ADDIM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 