SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 20-26 mart tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. Birlikdən ONN media -ya verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur. “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarından bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək



“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
"Azərişıq" gücləndirilmiş iş rejimində işləyəcək
Bayram günü elektrik enerjisində problem olarsa - Bu nömrəyə zəng edin
“Azərenerji” gücləndirilmiş iş rejimində çalışacaq
Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq
Polis gücləndirilmiş iş rejiminə keçir
Nazirlik gücləndirilmiş iş rejiminə keçir
Abunəçilərə XOŞ XƏBƏR!
Bayramda işıqla bağlı problem olmayacaq
"Azəriqaz" gücləndirilmiş rejimə keçir
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 