Bakı və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyini nəzərə alaraq, “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.
İstehsalat Birliyindən ONN media -ya verilən məlumata görə, birliyin bütün müvafiq strukturlarına artıq lazımi tapşırıqlar verilib. Əsasən təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq.
Bildiririk ki, qaz təchizatında vacib təmir prosesləri də bu günlərdə təxirə salınıb. Yalnız qəza halları baş verdiyi zaman abonentlərin qazsız qalmaması üçün qısamüddətli dayandırmalar istisna edilmir. Belə halların aradan qaldırılması məqsədilə növbəlilik tətbiq edilməklə Birliyin aidiyyatı strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, “104 Çağrı” sahəsinin əməkdaşları sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.



"Azəriqaz" qeyri-sabit hava şəraiti ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
"Azəriqaz"ın baş direktorundan CİDDİ TAPŞIRIQ
“Azəriqaz” hava ilə bağlı xüsusi iş rejiminə keçir
Saxta vəsiqə ilə vətəndaşları aldadan şəxs "iş başında" YAXALANDI
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Şamaxıda qazın verilişi nəvaxt bərpa olunacaq?
“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
"Azəriqaz"ın qaynar xəttinə niyə düşmək olmur?
İmişlidə 11 min ailə qazsız qaldı - Səbəb?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 