“Atatürk” hava limanının bağlanması ilə əlaqədar olaraq 7 aprel 2019-cu il tarixdən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək. AZAL -dan ONN media -ya verilən məlumata görə, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək. Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir. Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər, belə ki, digər aviaşirkətlərin əvvəllər “Atatürk” hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.
Bu tarixdən AZAL-ın İstanbul istiqamətində olan bütün reysləri yeni hava limanına həyata keçiriləcək



Bakı-İstanbul reyslərinin sərnişinləri yola salındı
Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL-ın təyyarəsi təcili eniş etdi
Təxirə salınmış uçuşlar bərpa olundu
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
İstanbul-İrəvan aviareyslərinin qiyməti bəlli oldu
AZAL-ın təyyarəsi Milan Hava Limanına təcili eniş etdi
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Ankaraya gedənlərə ŞAD XƏBƏR
İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 