Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartli bölgəsinin Marneuli rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri ilə tanış olub. ONN media Azərtac-a istinadən xəbər verir ki, martın 19-da Salome Zurabişvili Marneuli rayonunun azərbaycanlılar yaşayan Dəmyə-Görarx kəndindəki istixana təsərrüfatına baxıb, bölgə rəhbərliyi və kənd əhalisi ilə görüşüb. Bildirilib ki, 2014-cü ildə yaradılmış istixana 2 hektar ərazini əhatə edir. Burada illik məhsuldarlıq 300-400 ton təşkil edir. Dövlət başçısı regionda kənd təsərrüfatının inkişafının vacibliyini vurğulayıb, bu sahənin inkişafında kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının rolunu qeyd edib. Sonra S.Zurabişvili Əzizkənd kəndində olub və buradakı "Hazır şitil” istixanasının fəaliyyəti ilə maraqlanıb. İstehsal olunan məhsulun daxili bazarda satıldığı və xaricdə də bu məhsullara ehtiyac olduğu diqqətə çatdırılıb. Gürcüstan Prezidenti bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və bunun üçün sərmayələrin cəlb olunmasının vacibliyini vurğulayıb.
Gürcüstan Prezidenti azərbaycanlılarla görüşdü - FOTOLAR



Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşdü
İlham Əliyev Zurabişvili ilə təkbətək görüşdü
Salome Zurabişvili Azərbaycan xalqını təbrik etdi
Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü
Gürcüstan prezidenti azərbaycanlıları təbrik etdi
Gürcüstan Prezidenti İlham Əliyevi Batumi konfransına dəvət etdi
Gürcüstan prezidenti əhalini etiraza çağırdı
Salome Zurabişvili azərbaycanlılara cavab verdi
Zurabişvilidən növbəti Keşikçidağ açıqlaması
Zurabişvili İran XİN başçısını qəbul etdi
Zurabişvilidən Azərbaycan və Ermənistan rəhbərlərinə TƏKLİF
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 