Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. ONN media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində qeyd olunur ki, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Yeni qanun layihəsinə əsasən, müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir. İclasda bildirilib ki, indiyə qədər təhsilini başa vurmayan şəxslər sənəd ala bilmirdilər, lakin yeni qanun layihəsinə əsasən, həmin şəxslərə hansı sinfə qədər təhsil aldığı barədə sənəd veriləcək. Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib. (trend)
Bu məzunlara xüsusi attestat veriləcək



“Peşə təhsili haqqında” qanun müzakirədən keçdi
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Azərbaycanda ali təhsil səviyyəsində ortaq diplom veriləcək
Məzunların DİQQƏTİNƏ
Vətən müharibəsində iştirak edən bu şəxslərə 3 ay möhlət veriləcək
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Ölkədə bu şəxslərə də təqaüd veriləcək
Əlaçılar ali məktəbə imtahansız qəbul ola bilər
Müharibə veteranlarına şad xəbər
Orta ixtisas məktəbləri ilə bağlı qanuna dəyişiklik edildi — RƏSMİ
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 