Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsi prosesinə başlanılıb.
İdarədən ONN media-ya verilən məlumata görə, XI sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli (qızıl və gümüş medallar), əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.Ötən ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.
Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülən məzunların xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.



Azərbaycanda məktəblərdə məzunlara medal verilməsi LƏĞV OLUNDU
Bu məzunlara xüsusi attestat veriləcək
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
Təhsil naziri əmr imzaladı
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yaydı
125 məzun qızıl nişanla təltif olundu - Siyahı
Attestat ala bilməyənlər imtahan verdi
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir
Məzunların DİQQƏTİNƏ- İmtahan verməyəcəksiniz
Bu il XI sinfi bitirən şagirdlərin sayı açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 