Bu gün Türkiyədə sayca 19-cu olan bələdiyyə seçkiləri başlayıb.
ONN media xəbər verir ki, Ali Seçki Komissiyasının qərarına əsasən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İğdır və Kilis şəhərində bələdiyyə seçkilərinə səs vermə prosesi başlayıb.
Bu ərazilərdə səs vermə prosesi yerli vaxtla saat 16.00-da tamamlanacaq. Ölkənin digər regionlarında isə səs vermə saatları yerli vaxtla 08.00-dən 17.00-dək olacaq.
Seçkidə 57 milyon vətəndaş səsvermə hüququndan istifadə edəcək. 1 milyon 156 min vətəndaş isə ilk dəfə səs verəcək. Ən çox seçici İstanbulun payına düşür - 10 milyon 560 min 96 nəfər. Paytaxt Ankara şəhərində isə 3 milyon 922 min 163 seçici səs verəcək.
Seçki məntəqələrinə 194 min 390 səsvermə qutusu qoyulub. Artıq Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Seçkilərdə 30 böyükşəhər bələdiyyəsi, 81 vilayət və 922 rayon bələdiyyəsinə aid 1389 yer uğrunda 8270 namizəd mübarizə aparacaq.
Seçkidə müstəqil namizədlər və 12 siyasi partiya iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası ilə yaratdığı "Cümhur İttifaqı”yla seçkiyə gedəcək. Onların əsas rəqibi isə Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi, Səadət Partiyasının qoşulduğu "Millet İttifaqı”dır.
Ümumilkdə Daxili İşlər Nazirliyinin 39 min nəfərlik şəxsi heyəti seçkinin təhlükəsizliyini qoruyacaq. Bundan başqa yerli vaxtla saat 18.00-a kimi tədbirlərin keçirilməsinə qadağa qoyulub.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü il martın 30-da olub. Bu seçkilərdən sonra yaxın 4 il 6 ayda Türkiyədə seçkilər keçirilməyəcək.



Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama
İstanbulda gözlənilən gün- Qızğın mübarizə başladı
Türkiyədə səsvermə başlayıb
Səsvermə vaxtı toy etmək qadağan olundu
Gürcüstanda seçkilər başladı
İranda gözlənilən gün gəldi- SEÇİM BAŞLAYIR
İstanbulda təkrar seçkilər başa çatdı - Səslər hesablanır + Yenilənir
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Azərbaycanda parlament seçkilərinə səsvermə başladı
Qar uçqunu ilə bağlı xəbərdarlıq edildi
Özbəkistanda prezident seçkiləri başa çatdı
Saat 12:00-a olan seçici fəallığı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 