Türkiyədə prezident seçkilərinin ikinci turunun səsvermə prosesi başlayıb.
ONN media xəbər verir ki, yerli vaxtla seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb.
Səsvermə prosesi 17:00-a qədər davam edəcək. Əgər 17:00-da növbədə gözləyən seçici olarsa, onların da səs verməsinə şərait yaradılandan sonra seçki məntəqələri bağlanacaq və səs sayımı başlayacaq.
Türkiyədə hazırkı statistikaya görə, 61 milyona yaxın (ölkə daxilində) seçici var. Onlar 191 min 884 məntəqədə səs verə bilərəcklər.
Ölkə xaricində olan seçicilər üçün səsvermə 20-24 may tarixlərində aparılıb. Buna baxmayaraq, gömrük-keçid məntəqələrində səsvermə günün sonuna qədər davam edəcək.
Prezident postu uğrunda iki namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır.
Seçki bitdikdən dərhal sonra səslərin sayılmasına başlanacaq. YSK (Ali Seçki Qurumu) yayım qadağasını götürdükdən dərhal sonra nəticələrin canlı göstərilməsi həyata keçiriləcək.
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda - mayın 14-də keçirilən seçkidə Ərdoğan 49.52 faiz (27 milyon 133 min 837 səs), Kılıçdaroğlu isə 44.88 faiz (24 milyon 594 min 932 səs) səs toplamışdı



Türkiyədə seçki başlayıb- NƏLƏR BAŞ VERƏCƏK?
Azərbaycanda parlament seçkilərinə səsvermə başladı
Türkiyədə səsvermə başa çatdı
Türkiyədə təbliğat kampaniyası dayandırıldı- SON SAATLAR
ABŞ-da prezident seçkiləri başladı - SON DƏQİQƏ
Ceyhun Bayramov səs verdi
Misirdə prezident seçkiləri keçirilir
Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Polşada prezident seçkiləri başladı
İstanbulda gözlənilən gün- Qızğın mübarizə başladı
Ərdoğan: Seçici fəallığı Türkiyədə demokratiyanın səviyyəsinin göstəricisidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 