2019-cu il aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında məktəbin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.
DİM-dən ONN media-ya verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.
İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.
Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olublar.
Həmçinin məktəbin kitabxanasına DİM tərəfindən 9 və 11-ci siniflərin buraxılış imtahanlarına daha səmərəli hazırlaşmaları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış "Abituriyent" jurnalının xüsusi buraxılışları hədiyyə edilib.



Abituriyentlərin nəzərinə: Pulsuz sınaq imtahanı olacaq
DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
Rezidenturaya qəbul imtahanının II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib
DİM-dən sınaq imtahanları ilə bağlı açıqlama
DİM onlayn sınaq imtahanları keçirəcək
Abituriyentlərin nəzərinə
Qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanları keçirildi
Abituriyentlərin DİQQƏTİNƏ
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
18 şəhər və rayonda sınaq imtahanı keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 