ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər. Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.
Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur. Abituriyentlərə onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı yaradılır.



DİM onlayn sınaq imtahanları keçirəcək
Cocuq Mərcanlı ödənişsiz sınaq imtahanları keçirilib
DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
Sınaq imtahanının nəticələri açıqlandı
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Abituriyentlərin DİQQƏTİNƏ-Nəticələr açıqlandı
Abituriyentlərin nəzərinə
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Sınaq imtahanının nəticələri ELAN EDİLDİ
Qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanları keçirildi
18 şəhər və rayonda sınaq imtahanı keçirildi
DİQQƏT- Sınaq imtahanı keçiriləcək
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 