Yəməndə fövqəladə vəziyyət elan olunub.
ONN media xəbər verir ki, Husilər tərəfindən nəzarət altında saxlanılan bölgələrdə vəba epidemiyası yayılıb.
"Səba" xəbər agentliyinin informasiyasına görə, fövqəladə vəziyyət səhiyyə naziri Taha əl-Mütəvəkkil tərəfindən elan olunub. Daha öncə ölkə miqyasında xəstəlik səbəbilə məktəblərin bağlanmasına qərar verilmişdi. UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Qrit Kappelare ilə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq Dənizi bölgəsi müdiri Əhməd əl-Manzuri verdiyi yazılı açıqlamada 17 mart tarixinə qədər Yəməndə 109 min vəba xəstəsinin olduğunu bildirmişdi.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər 2014-cü ildən bəri paytaxt Səna və bəzi bölgələrin nəzarətini əllərinə keçirib. Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri Husilərə qarşı Yəmən hökumətinə dəstək verir. 4 ildən çoxdur ki, davam edən qarşıdurmada minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri arasında olan Yəməndə vətəndaş müharibəsi səbəbilə böyüyən böhran qorxunc nəticələr doğurub. Bunlardan biri də aclıq və xəstəlikdir. BMT-nin hesabatına görə, Yəməndə 22 milyon insan yardıma ehtiyac duyur.



Səudiyyə Ərəbistanında hava limanına PUA-larla hücum edildi
Terrorçuların bu dəfəki hədəfi MƏKKƏDİR
İran bu təşkilata qayıtdı
Mövlud Çavuşoğlu ərəb koalisiyasını tənqid edib
Yəməndə 6 gündə 150 nəfər öldürülüb
Səudiyyə Ərəbistanının başçılıq ediyi qüvvələr Yəmənə zərbə endirdi - 11 dinc sakin həlak oldu
ÜST-dən ölkələrə ÇAĞIRIŞ
Husilərə ağır zərbə: 18 ölü
Yəmənə hava zərbələri endirilib, 17 nəfər ölüb
Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
Daha bir ölkədə fövqəladə vəziyyət elan olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 