Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun yaz sessiyası ərəfəsində Nazirlər Komitəsinə göndərdiyi yazılı sual sessiyanın ilk iş günündə 14856 saylı ayrıca sənəd kimi ingilis və fransız dillərində nəşr edilərək parlamentarilərə paylanılıb. ONN media xəbər verir ki, deputatın sualı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini Assambleya üzvlərinə çatdırmaqla bərabər təcavüzkar ölkənin danışıqlar prosesinə ciddi xələl gətirən addımlarını da ifşa edib.
R.Hüseynov Ermənistan xarici işlər nazirinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı verdiyi məsuliyyətsiz bəyanata diqqəti cəlb edərək bildirib: “Ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilən və bunun nəticəsində 1 milyon qaçqın və məcburi köçkünü olan, əsas zərər çəkən tərəf - Azərbaycan yenə də 30 ilə yaxın müddətdə davam edən münaqişənin diplomatik vasitələrlə həllinin tərəfdarıdır. Azərbaycan və Ermənistan rəhbərlərinin son danışıqları da əslində bu məqsədə xidmət edir. Lakin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülhməramlı proseslərin davam etdiyi bir vaxtda Ermənistanın müdafiə naziri David Tanoyan “Amerikanın səsi”nin xəbərinə görə, martın son günlərində Nyu-Yorkda bəyan edib ki, “biz Azərbaycandan yeni ərazilər işğal etmək üçün yeni müharibəyə başlayacağıq. Təəssüf ki, onun ardınca baş nazir Paşinyan da bu mövqeyi təsdiq etmiş və yeni işğal planlarına şərik olduğunu bildirmişdir”.



Azərbaycanlı deputatdan erməniyə İRAD: “Şuşi yox, Şuşa”
Azərbaycan XİN-dən Paşinyanın açıqlamasına MÜNASİBƏT
AŞPA iclasında erməni təxribatından danışıldı
Səməd Seyidovdan AŞPA-nın sessiyasında SƏRT ÇIXIŞ
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı
PA rəsmisindən İrəvana XƏBƏRDARLIQ: danışıqlar prosesinin formatı...
AŞPA Bakı ilə bağlı qərar qəbul etdi
AŞPA-nın qış sessiyası bu tarixdə işə başlayacaq
Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya
Ermənistan münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur - XİN
ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
Bu gün AŞPA-nın qış sessiyası başlayır
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 