Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın Vaşinqtona səfəri ilə əlaqədar oktyabrın 30-da ABŞ-ın “The Columbus Dispatch” qəzetində Azərbaycan icmasının üzvü Xəyyam Fərəcovun etiraz müraciəti dərc olunub.
ONN media xəbər verir ki, məqalədə Azərbaycanın Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb. Ermənistanın vassal dövlət olduğunun diqqətə çatdırıldığı müraciətdə qeyd edilib ki, Qarabağ müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı dəhşətli hərbi cinayətlər törədiblər.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan və özünü qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Ermənistanın və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirməyi planlaşdırır. Bununla əlaqədar ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatların qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniyaya start veriblər. “The Columbus Dispatch” qəzetindəki müraciət də bu kampaniya çərçivəsində dərc olunub.



Qarabağ separatçısı ABŞ-dan Moskvaya gəldi
Xankəndində 3 saatlıq Qarabağ görüşü
Azərbaycan ABŞ-a NOTA VERDİ
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
Azərbaycan Uruqvaya nota verdi
Pakistandan Azərbaycana DƏSTƏK
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
Azərbaycan ABŞ-a nota verəcək - XİN
Dağlıq Qarabağda qondarma “seçkilər” barədə məktub BMT-nin sənədi qismində dərc edildi
Azərbaycan Bolqarıstana nota verdi
Belçika deputatları Qarabağa qanunsuz səfər etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 