8 sentyabr 2020-ci il tarixində Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında iclası keçirilib. ONN media xəbər verir ki, iclasda iştirak edən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev öz çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini qeyd edərək, cari ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib. Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və infrastruktura dəymiş zərərə toxunan T.Gəncəliyev bütün bunların beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb. T.Gəncəliyev, həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” doktrinasıyla bir daha öz təsdiqini tapdığını qeyd edib. Ermənistanın münaqişənin həllində maraqlı olmadığını, sülh danışıqlarını pozduğunu və beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edən millət vəkili münaqişə ilə bağlı BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb.
AŞPA iclasında erməni təxribatından danışıldı



Mülki əhali arasında 20-dən çox şəxs həlak olub - Gəncəliyev
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev
Ermənilər Tural Gəncəliyevi terrorla təhdid etdi
Tural Gəncəliyev onları Azərbaycan xalqından üzr istəməyə çağırdı
Paris görüşü ümidlərimizi artırır - Tural Gəncəliyev
Tural Gəncəliyev: Azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan...
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 