Siqaret aludəçiliyi bütün dünyada getdikcə artmaqdadır. Hətta bəzi ölkələrdə siqaretə başlama yaşı 12-yə düşüb. Əlbəttə, bir çox insan siqaretin sağlamlığa nə dərəcədə zərərli olduğunu dərk edir və tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlsə də, digərləri bacarmayıb, siqaretə məğlub olurlar. Lakin mütəxəssislər hesab edir ki, gündəlik yediyimiz bəzi qidalar siqareti tərgitməyə kömək edə bilər. Yulaf əzməsi ONN media e-tibb.az-a istinadən bildirir ki, bir çox araşdırmalar sübut edib ki, nizamlı şəkildə yulaf əzməsi yemək nikotin asılılığını azaldır. Yulaf əzməsini südlə birlikdə qəbul etmək daha çox faydalı ola bilər. Çünki süd qəbul edəndən sonra çəkilən siqaretin dadı çox pis olur. Beləcə siqaret ehtiyacı azalır. Triptofan tərkibli qidalar Triptofan - orqanizm üçün həyati əhəmiyyət kəsb edən 8 vacib amin turşusundan biridir. Bu amin turşusu xoşbəxtlik hormonu olaraq bilinən serotoninin istehsalını artıraraq, siqaretə olan ehtiyacın da azalmasını təmin edir. Hinduşka əti, yumurta, toyuq filesi və quru paxlalılar kimi yağsız protein tərkibli qidalar triptofanla zəngindir. Siqareti tərgitməyə çalışdığınız müddətdə bu qidalardan yararlana bilərsiniz. Banan Banan tərkibindəki potasium və B vitamini sayesinde siqaret asılılığını azaltmaqda faydalı meyvədir. Bundan əlavə, banan siqaretin orqanizmə verdiyi zərərli təsirləri azaltmağa da kömək edir. Nanə
Nanə tərkibindəki mentol sayəsində nikotin ehtiyacını azaldır. Həm təzə, həm də qurudulmuş nanəni davamlı şəkildə qəbul etməlisiniz. Bitki çayları Bitki çayları siqareti tərgitmək üçün əsas yardımçılardan biridir. Ələlxüsus mixəkli çay siqaret alışqanlığını azaldır. Çobanyastığı çayı barədə də eyni sözləri demək olar. Tərəvəzlər Təzə tərəvəzləri yeyəndən sonra çəkilən siqaretin dadı pis olur. Təzə tərəvəzləri qidalanmaya daxil etmək həm siqareti tərgitməyə kömək edər, həm də sonradan çəkini nəzarətdə saxlamaq baxımdan düzgün seçim olar. Siqaret çəkmək istədikdə və nikotinə ehtiyac duyduqda badımcanın tərkibindəki nikotinlə özünüzü rahatlaşdıra bilərsiniz. İlk 1 ay pomidor suyu içmək də siqareti tərgitməyi asanlaşdırır. C vitamin ilə zəngin meyvələr Daim siqaret çəkən şəxslərdə C vitamini aşağı olur və bədəndə bunun yerine nikotin və nikotinin elementləri var. Buna görə də qidalanmaya mütləq portağal, limon, kivi, çiyələk, nar kimi C vitamini ilə zəngin meyvələr daxil edilməlidir.Bu qidalar siqareti tərgitməyə kömək edir



Gizli xəstəlikləri İFŞA EDƏN QİDALAR BUNLARDIR
Bu tərəvəz təhlükəli vərdişdən XİLAS EDİR
Siqareti tərgitmək üçün nə etmək lazımdır?
Qan şəkərini azaldan qidalar bunlardır
Pəhriz zamanı ac qalmayın
Bunlar stress yaradır - SİYAHI
Bananın 10 faydası
Siqaret çəkənlər ən çox bu qidaları yeməlidir - Nikotini zərərsizləşdirən 7 ərzaq
İftardan dərhal sonra siqaret çəkmək olarmı? - Kardioloqdan xəbərdarlıq
Bu qidalar infarktın qarşısını alır - SİYAHI
Siqareti tərgitmək üçün böyük kəşf
Pəhriz zamanı aclıqdan qurtulmaq olar? - QAYDALAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 