Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova rəsmi olaraq işdən çıxarılıb. Bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib.
ONN media xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Təhsil Nazirliyi aprelin 8-də də məktəb direktoru haqda məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevin Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.
Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.
Bildirək ki, Elina Hacıyeva təhsil aldığı məktəbdə intihar edib. Bir neçə gündür bu hadisə ölkə gündəmində böyük rezonans doğurub.axar.az



Şagirdin intihar etdiyi məktəbin direktoru işdən ÇIXARILDI
Sevinc Abbasova vəzifəsinə geri qayıdacaq?- RƏSMİ
Direktora cinayət işi açıldı – Bu gün məhkəməsi olacaq
Sevinc Abbasova ev dustaqlığına məhkum edildi - RƏSMİ
Bakıda məktəb direktoru işdən ÇIXARILDI
Sevinc Abbasova ilə bağlı xəbər var
Bakıda məktəb direktoru işdən çıxarıldı - SƏBƏB?
Mərhum Elinanın məktəb direktorunun bacısının Prezidentə MÜRACİƏTİ + VİDEO
125-ci maddəyə xitam verildi - Elina işində yenilik
Elinanın intiharı ilə bağlı iclas keçirildi - Nazir qərar verəcək
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ
SON DƏQİQƏ: Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 