Ötən gün Yer kürəsi tarixdə ilk dəfə qalaktikada var olan qara dəliyin real fotosunu gördü. Kosmos elmi sahəsində son illərin ən əhəmiyyətli irəliləyişlərindən hesab olunan bu hadisənin səbəbkarı isə gənc bir elm adamıdır. Özü də qadın! ONN media xəbər verir ki, sözügedən şəxs 29 yaşlı kompüter mühəndisi, Massaçusets Texnologiya Universitetinin magistrı, Kaliforniya Universitetinin dosenti Keyti Boumandır. Dünyadan 500 katrilyon km, təxminən 53 milyon işıq ili uzaqlıqda yerləşən qara dəliyin fotosunu çəkmək üçün 200-dən çox elm adamı bir araya gəlmişdi. Bouman bu insanlar arasında ən kritik nöqtədə dayanmışdı. Onun 3 ildir üzərində işlədiyi alqorifm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi bilgilər bir araya gətirilib. Bouman məsələ ilə bağlı açıqlamasında tək bir teleskopdan əldə edilməsi mümkün olmayan nəticənin onun alqorifmi sayəsində ərsəyə gəldiyini deyib. O, birlikdə işlədiyi komandaya təşəkkür etməyi unutmayıb. Qeyd edək ki, 200 nəfərlik araşdırmaçı heyətin əksəriyyəti Harvard Universitetinin astrofizikləri, mühəndisləri və astronomlarından ibarət olub.
Dünya BU QADINDAN DANIŞIR



Bütün dünyanın gözü 10 aprelə dikildi - NƏ BAŞ VERİR?
Alimlər qalaktikamızın mərkəzindəki qara dəliyin ilk VİDEOSUNU yayımlayacaqlar
BÖYÜK TƏHLÜKƏ: Sürətlə böyüyən qara dəlik aşkarlandı
Çilidə dünyanın ən iri teleskopu tikilir
Alimlər kosmosdan gələn yeni siqnal aşkarladılar
İlk kompüter parolunun ixtiraçısı 93 yaşında vəfat etdi
Qadından AĞLASIĞMAZ ADDIM - Mafiya ilə əlbir olub sevgilisini...
"Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gələ bilər"
107 yaşlı qadın koronavirusdan sağaldı
Türkiyə və Azərbaycan birgə texnopark yaradır
Yadplanetlilərlə bağlı araşdırmanın nəticəsi bəlli oldu
Lotu Qulinin qızının fotosu yayıldı- İLK DƏFƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 