Müğənni Elçin Cəfərov Türkiyənin ATV kanalında yayımlanan "Hercai" serialındakı Miran obrazına bənzədilməsinə münasibət bildirib.
ONN media xəbər verir ki, sənətçi bu halın onu əsəbiləşdirdiyini söyləyib:
"Şlyapa qoyursan Kənan Doğulu, saçını yuyub çıxırsan Miran deyirlər. Necə olacaq bizim axırımız? Saqqal formasını dəyişirsən deyirlər ki, Tarkana bənzəyir. Bir sözlə, özümüz ola bilmirik. Qonaqpərvərik - başqalarını çox sevməyi xoşlayırıq. Şokoladın ən yaxşısını qonağa veririk. Bu, çox pisdir. Düzdü, məni narahat etmir. Amma özümüzə dəyər verməyi bacarmırıq, budur məni narahat edən. Mən olmayım, başqa sevilən müğənni olsun. 17 yaşımdan bəri sənətdəyəm. Bu sənətə canımı qoymuşam, sizin xoşunuza gəlmək üçün müəyyən pillələrdən keçmişəm, işlər gömüşəm. Amma bu reaksiyalar məni narahat edir.
Niyə biz özümüzü sevmirik? Saç, saqqal tərzini dəyişmək normal haldır. Məni sizin yazdıqlarınız narahat edir. Hər insan özüdür. Sənətçi birə-bir özünə tərz seçmir. İstedadı olur, görür-götürür. Başqa ölkələrin müğənnilərinə baxır, geyim tərzi, oxumaq stilini də götürə bilər. Bizim qanımızda muğam axır, amma oxu tərzim popdur. Geyimi də başqa ökələrdən götürürük. Türkiyə Avropadan, biz Türkiyə və Avropadan götürürük. Mənim İtaliya xoşuma gəlir. Məni narahat edən budur ki, niyə iki gündür çıxmış aktyora illərimizi qurban verirsiniz? Miran indi məşhurdur, Burak Özçivit ondan əvvəl gündəmdə idi... Sabah başqası olacaq. Onda belə çıxır ki, kim çıxsa biz özümüzünküləri qurban verək? Sevmirsiz bizi? Özümüzə dəyər verək, sevək. Yenə yazacaqlar Miran... Elçin, Elçin Cəfərov".
Qeyd edək ki, müğənninin Miran obrazına bənzədilməsinə səbəb onun etdiyi imici dəyişikliyi və həmin ərəfədə serialın populyarlaşmasıdır.



“Miran” əsgərlikdən qayıtdı
Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Röyadan KƏSKİN İTTİHAM - Nailə Mirməmmədli sizin əsəbinizdən...
"Hercai"nin "Miran"ı əsgərliyə gedir
"Aygün Kazımovanı belə təqdim etməməliydilər" - Nura Suri
Ramiz Mehdiyev: Onları məhkəməyə verəcəm
Aygün Bəylər: "15 yaşımda evdən qaçdım, yoxsa atam məni öldürəcəkdi"
Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb
Xatirə ilə Vasifin İnstaqram qalmaqalı
“Hələ də şərlənirəm...” - Elnarədən cavab gəldi
Aygün Kazımova intihara CƏHD ETDİ - VİDEO
Qarabağda yaşamağa gedirəm – İşxan Verdyan
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 