"Moskvada Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə 2016-cı ildə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə olunub. Bu təklif "Kazan düsturu"na əsaslanır və Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulur. Bu planla bağlı tərəflər arasında bəzi mübahisəli məqamlar var. Ermənistan istəyir ki, iki rayon Qarabağa çıxan dəhliz olaraq qalsın. Azərbaycan buna qarşı çıxdı. Mübahisəli məsələlərdən biri də Dağlıq Qarabağda referendumun keçirilməsinin vaxtı ilə bağlıdır. Azərbaycan hər şeydən əvvəl qaçqınların Qarabağa qayıdışını istəyir, bu gələcəkdə keçiriləcək referendum zamanı Qarabağın Azərbaycanın tərkib hissəsində qalması ilə nəticələnəcək. Ermənistan isə referendumun dərhal keçirilməsini istəyir".
ONN media xəbər verir ki, bu barədə Rusiyalı politoloq, Strateji Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov deyib.
Markov iddia edir ki, Bakı və İrəvan münaqişənin nizama salınması ilə bağlı vasitəçilik missiyasını üzərində götürməsi üçün Moskvaya müraciət edib.
"Münaqişədə sülhün olması Rusiyaya lazımlıdır. Rusiya regionda sülhü sona qədər dəstəkləyən yeganə dövlətdir. Güman edirəm ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçiriləcək. Yeri gəlmişkən, Moskva danışıqlarında Dağlıq Qarabağın tərəf olması məsələsi gündəmdə olmayıb. Hesab edirəm ki, bu, Azərbaycanın müəyyən qələbəsidir. Moskva indiki halda Bakının xeyrinə çıxış etdi", - deyə o bildirib.



Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Paşinyan əraziləri qaytarmaq istəyir amma...
Zelenski Putinlə görüşə can atır, Putin isə... - Markov
Sergey Markov: “Rusiya hərbi yolla müdaxilə etməyəcək”
Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...
Lavrov köçkünlərin Qarabağa qaytarılması məsələsini müzakirə etdi
Ermənilər qisas aldı, sülhməramlıları öldürdü
"Biz həmin 7 ətraf rayonu tərk edirik və gedirik..."
Moskvadan Qarabağla bağlı gizli TƏKLİF
20 Yanvar hadisələrinin əsas səbəbi nədir?
Ermənistanda Qarabağla bağlı referendum keçiriləcək?
Bayramov Lavrovla Qarabağı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 