Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb. ONN media xəbər verir ki, Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb. Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib. Cinayət işi üzrə istintaq davam etdirilir.
3 il əvvəl törədilmiş qətlin üstü açıldı



DƏHŞƏTLİ HADİSƏ: kirayənişin ev sahibini öldürdü və... - RƏSMİ
Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Azərbaycanda 26 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı
77 yaşlı qadının yanmış meyiti tapılıb
Dəhşətli cinayətin üstü açıldı
RƏSMİ: Azərbaycanda qadını öldürüb gizli basdırıblar
Baş Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı
2 ay əvvəl törədilən cinayətin üstü açılıb - RƏSMİ
Azərbaycanda törədilən qətlin üstü açıldı - RƏSMİ MƏLUMAT
Azərbaycanda iki il əvvəl baş vermiş qətlin üstü açılıb - TƏFƏRRÜAT
Azərbaycanda Qadın CİNAYƏTİ: Ər keçmiş arvadını küçədə öldürdü
Azərbaycanda oğul atasını boğaraq öldürdü - MEYİTİ YANDIRARAQ BASDIRDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 