Baş Prokurorluq Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən ONN media -ya verilən məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb. Xəbər verildiyi kimi, iyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı



Qadını qətlə yetirərək yandıran şəxs tutuldu
Bakının mərkəzində məscidin qarşısında dəhşətli cinayət - 1 NƏFƏR ÖLDÜRÜLDÜ
Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Oğurluğa gedən şəxs yaşlı qadını boğub öldürdü
Bərdədə 58 yaşlı qadını qətlə yetirən şəxs TUTULDU
Prokurorluq stilistin qətli barədə MƏLUMAT YAYDI
Azərbaycanda müğənninin öldürülməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
77 yaşlı qadının yanmış meyiti tapılıb
Bakıda dəhşətli qətl - 39 yaşlı qadının meyiti tapıldı
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə MƏLUMAT YAYDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 