Moskvadan 128 kilometr məsafədə yerləşən meşəlik ərazidə bir ağaca zəncirlənmiş insan skeleti tapılıb. ONN media xəbər verir ki, skeletin 2 ildir itkin düşmüş rus səyyaha aid olduğu deyilib. Rusiyanın paytaxtı Moskvada yaşayan 31 yaşlı İvan Klyucharyov uzun illərdir Rusiyanın müxtəlif bölgələrini gəzərək çəkdiyi fotoları sosial media hesabında yayımlayırdı. Təbiət və tarix həvəskarı olan adam Rusiyaya aid gizli təbiət gözəlliklərini və tarixi məkanları kəşf edərək öz izləyiciləri ilə paylaşırdı. Ətrafında çox sevilən səyyah 2017-ci ilin may ayında Şatura bölgəsindəki Çerusti kəndinə səyahət edib. Buradakı kəndləri və meşəlik əraziləri gəzən səyyahdan bir daha xəbər alınmayıb. Evinə geri dönməyən adamın anası polisə gedərək itkin elanı verib. Rus polisi bütün axtarışlara baxmayaraq onun izini tapa bilməyiblər. Səyyahın ağaca qandallanmış və sadəcə skelet halında qalmış cəsədi tapıldıqdan sonra müayinəyə göndərilib. 2017-ci ilin may ayında itən adamın 2018-ci ilin aprel ayında öldüyü müəyyən olunub. Rus polisinin hadisə yerində apardığı araşdırmada adamın özünü ağaca bağladığı, qandalının açarını yerə atdığı və bir müddət sonra açarı götürmək üçün çalışdığı, amma bunu bacarmadığı bildirilib. Səyyahın ətrafında aparılan araşdırmada da onun özünü meşə şəraitinə öyrəşdirmək üçün tez-tez belə təcrübələr apardığı da deyilib. Cəsədin yaxınlığında səyyaha aid olan yemək, içki, çadır və geyimlər tapılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
2 ildir xəbər yox idi görün necə tapıldı



İtkin düşən 82 yaşlı kişinin meyiti meşədə TAPILDI
ŞOK OLAY: 30 il əvvəl itkin düşdüyü geyimdə evinə qayıtdı və...
İtkin düşmüş rusiyalı aktrisa tapıldı
İtkin düşən tələbə qız tapıldı - Sevgilisi ilə qaçıbmış
Məşhur bloqer ÖLDÜRÜLDÜ - Cəsədi...
Ər və arvad tarlanı şumlayarkən GÖRÜN NƏ TAPTILAR... - Ölkə ŞOKDA
51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb
Rusiyanın bu bölgəsində 30-a yaxın insan itkin düşüb
8 aydır itkin düşən oğullarını indi axtarırlar
ŞOK OLAY - Cəsədi 18 il sonra soyuducuda TAPILDI
Qəbələ sakini meşədə itkin düşdü
Qusarda itkin düşən üç yaşlı uşaqdan xəbər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 