Fransa Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış qrupu 51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığını tapıb. ONN media bildirir ki, bu məlumatı Fransanın Müdafiə naziri Florens Parli özünün Twitter səhifəsində yayıb. O, hərbi sualtı qayığın tapıldığı yerin relyefini və texniki xarakteristikasını da paylaşıb. Qeyd olunub ki, 1968-ci ilin yanvarında Fransanın cənubundakı Tulon limanının yaxınlığında yoxa çıxan "Minevre" adlanan bu sualtı qayığın göyərtəsində 52 dənizçi olub. Onun axtarışı uzun illər davam edib, lakin heç bir nəticə verməyib. Bu ilin əvvəlində xanım Parli sualtı qayığın axtarışının yenidən başlanacağı barədə bəyanat verib və itkin düşmüş dənizçilərin ailələrini də bu prosesdə iştirak etməyə dəvət edib. O, iyulun 22-də özünün Twitter səhifəsində yazıb: "Biz indicə "Minevre"nin tapılması xəbərini aldıq. Bu, böyük uğurdur. Düşünürəm ki, bu, itkin düşmüş dənizçilərin uzun illərdir yaxınlarını gözləyən ailələri üçün də mühüm xəbərdir". Nazirin məlumatına görə, axtarış qrupu yeni texnologiyaların köməyi ilə sualtı qayığın qəzaya uğradığı yerin ətrafındakı əraziləri təhlil edib. ABŞ-ın "Ocean Discovery" şirkətinə məxsus olan sualtı gəminin köməyi ilə axtarışlara başlanılıb. Yoxa çıxmış sualtı qayıq Tulon limanından 45 kilometr aralıda 2,370 metr məsafədə aşkar olunub.
51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb



Argentinanın sualtı qayığı yoxa çıxdı
Argentinanın itən sualtı qayığı ilə bağlı SON MƏLUMAT
Xüsusi Təyinatlılarımız Türkiyədə təlimdə
8 il öncə itkin düşən təyyarə tapıldı
Türk mütəxəssislər Bakıya gəlir- NƏ BAŞ VERİR?
Qəzaya uğramış MİQ-29 barədə YENİ XƏBƏR
Atom sualtı qayıqda həlak olanların ikisi Rusiya qəhrəmanı olub
Qardaş ölkələrdən düşmənə "göz dağı"
Rusiya Yapon dənizində raket atdı
Fransa Afrikadakı hərbi əməliyyatına davam edəcək?
Rusiyada faciə – Putindən təcili tapşırıq
HƏYƏCANLI ANLAR - Sualtı qayıq yük gəmisi ilə toqquşdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 