Aprelin 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. ONN media -ya Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan Müdafiə naziri ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başladığını qeyd edib. Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar. Müdafiə naziri bu yaxınlarda Nyu-York şəhərində keçirilən BMT tədbirlərində iştirakını xatırlayıb və burada keçirdiyi görüşlərin nəticələrini qonaqla müzakirə edib. Q.İsakzai də öz növbəsində Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycan hərbçilərinin sülhə dəstək missiyalarında fəal iştirakına görə öz təşəkkürünü bildirib. Görüşdə BMT çərçivəsində hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Zakir Həsənov İsakzai ilə görüşdü



Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Zakir Həsənov NATO generalı ilə görüşdü
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb
Zakir Həsənov Andrey Ravkovla görüşdü
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Zakir Həsənov pakistanlı həmkarı ilə görüşdü
Zakir Həsənov Beynəlxalq Müdafiə Sərgisində
Zakir Həsənov BMT Baş katibinin köməkçisi ilə görüşüb
Zakir Həsənov türkiyəli generalla görüşdü
Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 