Mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Nazirlikdən ONN media -ya verilən məlumata görə, görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib. Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına toxunaraq forumların BMT vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin BMT-nin baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb. Cari ilin 2-3 may tarixində Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirən Əbülfəs Qarayev Forumun təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu qeyd edib. Qulam İsakzai, öz növbəsində 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmağa hazır olduğunu qeyd edərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb



Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
Zakir Həsənov İsakzai ilə görüşdü
Nazir Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
Elmar Məmmədyarov BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisini qəbul edib
Parisdə YUNESKO Katibliyində görüşlər keçirilib
İlham Əliyev İƏT-in baş katibi ilə görüşdü
Nazir Fuad Məmmədovla görüşdü
Mehriban Əliyeva: “Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 