Almaniya hospitalların birində qadın 27 il sürən komadan sonra özünə gəlib. ONN media xəbər verir ki, bu barədə “The National” portalı məlumat yayıb. Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Münirə Abdullah 1991-ci ildə 4 yaşlı oğlu və kürəkəni ilə birlikdə avtomobil qəzasına düşüb. Onların avtomobili məktəb avtobusu ilə toqquşub. Qadın oğlunun üzərinə atılaraq onu xilas etsə də, özü ağır kəllə-beyin travması alıb. Münirə yerli hospitala yerləşdirilib, sonradan isə London xəstəxanasına aparılıb. Yalnız minimal həyat əlamətinin göründüyü qadın vegetativ vəziyyətdə düşüb. Bir müddət sonra yenidən Birləşmiş Ərəb Əmirliklərinə gətirilib və əzələ tonusunun bərpası üçün fizioterapiya kursu keçib, lakin vəziyyəti düzəlməyib. 2017-ci ildə Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin—Zahid Münirənin vəziyyətindən xəbər tutub və onun Almaniya klinikalarından birində müalicəsinin xərclərini üzərinə götürüb. 2018-ci ilin iyun ayında həkimlərin gözləmədiyi anda qadın huşa gəlməyə və bəzi səslər çıxarmağa başlayıb. O, 27 ildən sonra ilk dəfə oğlunun adını çəkib, bir müddət sonra isə danışıb və hətta dua oxumağa başlayıb. Münirə hazırda Əbu-Dabidə müalicəsini davam etdirir. “Mən anamın tarixçəsini danışıram ki, yaxınları bənzər vəziyyətə düşən insanlar ümidlərini itirməsinlər, onları ölmüş saymasınlar. Bütün bu dövr ərzində həkimlər anamdan ümidin kəsildiyini və müalicənin mənasız olduğunu deyirdi. Lakin mən tərəddüd etdiyim zaman özümü onun yerinə qoyur və anamın vəziyyətini yaxşılaşdırmaq üçün əlimdən gələni edirdim”, - Münirənin oğlu Ömər Bəbər jurnalistlərə müsahibəsində belə deyib.(teleqraf.com)
27 il komada qaldı - Ayılanda isə...



Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların SON DURUMU
SON DƏQİQƏ: Bu ölkə hərbçilərini Yəməndən çıxardı
Qadının başına televizor düşdü
Tarixdə BİR İLK: BƏƏ İsraillə diplomatik əlaqələri BƏRPA ETDİ
Sumqayıtda sərnişin avtobusu qəza törətdi: ölən var
Terrorçu hadisə yerindən qaçarkən görün nə edib
Bakıda faciəvi hadisə - Qadın doğuş zamanı öldü
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
Qadın inanılmaz şəkildə həyatını itirdi
Prezident BƏƏ-nin Vitse-prezidenti və Əbu-Dabi Əmirliyinin Vəliəhdinə başsağlığı verib
Dumanlı hava nə vaxta kimi davam edəcək?
Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 