Suriyaya gətirilən hər silah Suriyada sabitlik üçün təhlükəlidir və terror təşkilatlarına verilən hər silah bizim üçün də ciddi bir təhdiddir. ONN media xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçika Baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Didye Reynders ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Bu günə qədər ABŞ ilə əlaqələrimizə mənfi təsir edən amillərdən bir ABŞ-ın YPG-yə verdiyi dəstəkdir. Xüsusilə, silah dəstəyindən söhbət gedir. ABŞ Suriyadan çəkilmə qərarı alıb. Belə görünür ki, ABŞ müəyyən sayda əsgərlərini burada qoymaq istəyir. İranın bir dəhliz yaratmasına qarşı olduqlarını söyləyirlər. Bu gün Suriyaya gətirilən hər silah Suriyada sabitlik üçün təhlükəlidir və terror təşkilatlarına verilən hər silah bizim üçün təhdiddir”, - o bildirib. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların sadəcə Türkiyəni maraqlandıran bir məsələ olmadığını deyən Çavuşoğlu istənilən sanksiyalara qarşı olduqlarını vurğulayıb. “Sanksiyalarla bir nəticə əldə etməyin mümkün olmadığını gördük”, - türkiyəli nazir əlavə edib.
Çavuşoğlu: Bu, bizim üçün ciddi təhdiddir



Çavuşoğlu:"Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"
Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ
Ankara və Moskva Cənubi Qafqazla bağlı razılaşdı
“Rusiya və ABŞ verdikləri sözə əməl etmədilər” - Çavuşoğlu
Bakı ilə əməkdaşlığımız onlara nümunə olacaq - Çavuşoğlu
Çavuşoğlu: “Terror təşkilatları Suriyanı bölmək istəyir”
Çavuşoğlu Rusiyaya getdi
"Bu məsələdə əsas faktor TÜRKİYƏDİR"-Çavuşoğlu
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışıb
Rəisi və Çavuşoğlu Azərbaycanla münasibətlərdən danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 