“Bizim məqsədimiz Suriyada dayanıqlı sülhün əldə edilməsidir. Təəssüf ki, Suriyada böhran 10 ildir davam edir. Böhranın mənfi təsirlərini görürük. Bunun əsas səbəbi Suriya xalqının qanuni haqlarının qulaqardına vurulmasıdır”.
ONN media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada qətərli və rusiyalı həmkarları ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, 6 milyondan çox suriyalı vətənindən didərgin düşüb ki, onların da 3,6 milyonu Türkiyədə yaşayır.
O, 2,4 milyon suriyalı uşağın məktəbə gedə bilmədiyini vurğulayıb. XİN başçısı diqqətə çatdırıb ki, bu vəziyyətdə daha adekvat addımlar atılmalıdır.
“10 ildir İŞİD, PKK kimi terror təşkilatları Suriyanı bölmək istəyir. PKK Suriyanın şimalında mülki əhalini hədəf alır. Görüşümüzdə Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimizi bir daha vurğuladıq”, - deyə M. Çavuşoğlu qeyd edib.



Türkiyə Suriyada yenidən əməliyyatlara başlayır?
“Rusiya və ABŞ verdikləri sözə əməl etmədilər” - Çavuşoğlu
Çavuşoğlu Suriyanın ərazi bütövlüyünü qorumağa çağırdı
Çavuşoğlu: Bu, bizim üçün ciddi təhdiddir
Çavuşoğlu Kuleba ilə görüşdü
Çavuşoğlu Lavrovla Qarabağdakı vəziyyəti MÜZAKİRƏ ETDİ
Çavuşoğlu Blinkenlə görüşdü
3 ölkədən ABŞ-a XƏBƏRDARLIQ
Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ
Çavuşoğlu Rusiyaya getdi
Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 