Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib. “Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz”, - deyə Si Cinpin qeyd edib. Çin Xalq Respublikasının Sədri vurğulayıb ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. “Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram”, - deyə o qeyd edib. Si Cinpin Prezident İlham Əliyevin Çin xalqının çoxdankı dostu olduğunu, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərdiyini deyib. “Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır”, - deyə Çin Xalq Respublikasının Sədri bildirib.
Si Cinpin: Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir



Misir mətbuatı Əliyevlə Szinpinin görüşündən yazdı
Si Cinpin Prezidenti təbrik etdi
Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir
Azərbaycanın energetika naziri Çində səfərdədir
Çin sədri İlham Əliyevi təbrik etdi
Çin lideri Azərbaycan Prezidentini təbrik etdi
İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik etdi
Çinin yeni sədri məlum oldu
İlham Əliyev Çin lideri ilə danışdı
İlham Əliyev Li Canşunu qəbul etdi
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini ilə görüşüb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 