Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Energetika naziri Pərviz Şahbazov 18 oktyabrda keçiriləcək “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda iştirak üçün Çinə səfər edib. “Kəmər və Yol“ təşəbbüsü çərçivəsində ilk dəfə keçirilən Energetika Nazirlərinin Konfransında energetika naziri Pərviz Şahbazovun da çıxışı nəzərdə tutulub. Əsas məqsədi “Kəmər və Yolun Enerji Tərəfdaşlığı”nın qurulmasından ibarət olan tədbirdə bu əməkdaşlıq qlobal inkişafın hərəkətverici qüvvəsi kimi nəzərdən keçiriləcək. “Kəmər və Yol“ təşəbbüsü qurşağında yerləşən ölkələr arasında qarşlıqlı mənfəətli və bərabərhüquqlu tərəfdaşlıq şəbəkəsinin yaradılması imkanları araşdırılacaq. Enerji sahəsində investisiyaların sadələşdirilməsi, gələcəyin enerjisi və enerji məhsullarının maneəsiz ticarəti mövzularında müzakirələr aparılacaq. Konfransın yekununda “Kəmər və Yolun Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi”nin qəbulu planlaşdırılır.
Qeyd edək ki,“Kəmər və Yol“ təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan da bu təşəbbüsə dəstəyini ifadə edib.



Pərviz Şahbazov Rusiyada səfərdədir
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Pərviz Şahbazov Çində “Kəmər və Yol Enerji Tərəfdaşlığı”na dair çıxışlar edib
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov ABŞ-da səfərdədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 