Rusiya Prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ilk böyük zərbəsini də vurdu.
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qərarını şərh edərkən deyib. O bildirib ki, bu addım Donbasın Ukraynadan qoparılması prosesini sürətləndirməyə xidmət edir:
“Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskda separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək. Bu o deməkdir ki, Kreml Donbası Ukraynadan qoparmaq prosesini sürətləndirir. Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər. Kreml hətta nə vaxtsa hipotetik olaraq Donbası Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar coğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar, çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə, Rusiya rəsmən Donbasın işğalına başlayıb". axar.az



Putin rəsmi olaraq Rusiya qoşunlarını Ukraynaya göndərdi
Putin Ərdoğana dedi ki, biz buna hazırıq - Kreml
Putindən SON DƏQİQƏ AÇIQLAMASI: "Yaxın vaxtlarda qondarma "DXR" və "LXR"..."
Putin Şoyquya tapşırıq verdi
Putin Əliyevi təbrik etdi
Putin ABŞ-la münasibətlərdən danışdı
Ukraynanın 4 regionu Rusiyaya birləşdirildi
Putin Baydeni təbrik etdi
Putin hansı liderlərlə daha yaxındır? - Kreml açıqladı
Putin G20 sammitinə qatılacaq
Ukrayna prezidentindən rusiyalı həmkarına TƏKİLİF
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 