Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişli rayonunda aşkarlanıb. ONN media “Report”a istinadən xəbər verir ki, şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb. Ona vaxtilə həmin qəbiristanlıqda 32 naməlum şəhidin dəfn olunduğu, ancaq 25-nin şəxsiyyətinin müəyyənləşdiyi bildirilir. H.Nəcəfovun oğlunun şəklini axund həmin dəfn zamanı çəkilən şəhidlərin fotoları ilə tutuşdurur və onlardan birinin şəkli ilə uyğun gəldiyini görür. Şəhidin atası bununla bağlı Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu kəndə köçürülməsi üçün köməklik istəyib. Nəticədə aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam saatlarında şəhidin nəşinin qalıqları Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra MƏZARI TAPILDI



İmişlidə şəhidin nəşi məzardan niyə çıxarıldı? – VİDEO
Vətən müharibəsi şəhidi dəfn edildi
Azərbaycanda naməlum şəhidlərdən birinin kimliyi DƏQİQLƏŞDİRİLDİ
Sabirabadda şəhid dəfn edildi
9 şəhid məzarı ekshumasiya ediləcək
Şəhidimizin nəşi doğulduğu rayona gətirildi
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir
30 ildən sonra nəşi tapılan şəhidin qalıqları dəfn olunacaq
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid dəfn ediləcək
Şəhidin cəsədi 31 ildən sonra tapılıb? - Rəsmi
49 naməlum şəhidin qəbri ekshumasiya edildi
Şəhid atası vəfat etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 