Tarixi abidələrin ətrafında aparılan müasir memarlıq işləri yüksək keyfiyyətlə həyata keçirilməlidir.
ONN media xəbər verir ki, Bunu Trend-ə memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.
Memarın sözlərinə görə, tarixi divarların qarşısında hansısa müasir memarlıq nümunəsi tikilə bilər, lakin bu, həmin abidəyə xələl gətirməməlidir: "Müasir memarlığın Bakıda tətbiqi yaxşı haldır, amma bu üslub standartlara uyğun olmalıdır".
E.Əliyev qeyd edib ki, İçərişəhərdə tikilən müasir iaşə obyektləri ilə bağlı problem məlumatsızlıqdan qaynaqlanır: "Əslində hər hansı şəhərdə müvafiq iş gedərkən tikintinin qarşısında lövhə quraşdırılmalıdır. Bu lövhədə layihənin hansı məqsəd daşıdığı, müəllifin kim olduğu və tikintinin yekun görüntüsü yer almalıdır".
Memar bildirib ki, quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır:
"Qala divarları İçərişəhərin ən önəmli rəmzidir. Turistlər xüsusilə bu qədim divarları görməyə gəlirlər. Divarları turistlərdən və sakinlərdən gizlətmək olmaz. Bildiyimiz kimi, yaxın keçmişdə metronun "İçərişəhər" stansiyasının sovet dövründə tikilmiş girişi söküldü. Çünki bu tikili tarixi Qala divarlarını qarşısını bağlayırdı".
Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 26-da İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.
Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin "Master Planı"na və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək. Trend



Qoşa Qala divarının qarşısında nə tikilir?
“BBC News” Bakıdan yazdı
Kosmosdan görünən ikinci ən böyük abidə
Əməkdar memar vəfat etdi
Qala divarlarına bitişik obyekt tikilir?
İçərişəhərə giriş məhdudlaşdırılacaq
Deputatlardan “İçərişəhər”lə bağlı ETİRAZ: “Kimin nə həddi var ki…”
Azərbaycanda VACİB YENİLİK
İtaliyan nəşri Bakıdan yazdı: Ən heyrətamiz istiqamət...
İlham Əliyev və xanımı İçərişəhərdə - Foto
Sabah “İçərişəhər”də bütün muzeylərə giriş pulsuz olacaq
Bakı İcra Hakimiyyətinin binası bağlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 