İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinin populyar “Io Donna” jurnalında “Azərbaycanın paytaxtı Bakıya səyahət. Avrasiya məkanında səyahət etmək üçün ən heyrətamiz istiqamət” sərlövhəli məqalə dərc edilib. ONN media xəbər verir ki, paytaxt Bakının turizm imkanlarından bəhs edən məqalənin müəllifi italyan jurnalist Gianna Testadır. Yazıda Bakıda müasir göydələnlərin, qədim qalaların, tarixi abidələrin olduğu bildirilir. Qeyd edilir ki, tarixini qoruyaraq daima dəyişməkdə olan Bakıda gəzərkən özünü ilk baxışda sanki bir yandan Paris bulvarında, digər yandan isə orta əsrlərə məxsus qədim şəhərin əhatəsində müxtəlif üslubları özündə əks etdirən bir harmoniyanın içində hiss edirsən. Burada turistlərin sevimli məkanlarından olan Dənizkənarı Milli Parkda müasir əyləncə mərkəzlərindən tutmuş möhtəşəm mənzərəli restoranlara, konfortlu otellərə, alış-veriş mərkəzlərinə qədər geniş imkanlar mövcuddur. Müəllifin fikrincə, “Alov qüllələri” kompleksi, heyrətamiz Heydər Əliyev Mərkəzi kimi möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərinin ahəngini özündə əks etdirən Bakı gözləri qamaşdıran məxsusi bir turizm istiqaməti olaraq diqqətləri cəlb edir. Məqalədə qədimlik ilə müasirliyin vəhdətindən bəhs olunur, bunun bariz nümunəsi olan Azərbaycan Milli Xalça Muzeyindən söz açılır, bu möhtəşəm muzeyin fondunda 10 minə yaxın qədim eksponatın saxlanıldığı bildirilir. Bununla yanaşı, Bakıda bu kimi bir çox görməli yerlərin olduğu vurğulanır, bu xüsusda Tarix Muzeyinin, turistləri tarixi səyahətə aparan Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin, ekspozisiyası XX əsr azərbaycanlı və xarici rəssamların əsərlərindən ibarət olan Müasir İncəsənət Muzeyinin adları çəkilir. Məqalədə, həmçinin UNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olmuş İçərişəhərdən, orada yerləşən memarlıq incilərindən, o cümlədən Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq nümunələrindən bəhs edilir, turistlərə maraqlı ola biləcək restoranlar və Azərbaycan milli mətbəxinin əsasını təşkil edən yeməklər (dolma, plov və s.) barədə məlumatlar verilir. Müəllif yazıda Azərbaycanın neft sənayesinin inkişaf tarixinə də toxunur. Sonda məqalədə paytaxt Bakının 2020-ci il UEFA Avropa Çempionatına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu qeyd edilir.(Azərtac)
İtaliyan nəşri Bakıdan yazdı: Ən heyrətamiz istiqamət...



Bakıdan möhtəşəm reportaj: Bu əfsanəvi şəhərdə qiymətlər...
“BBC News” Bakıdan yazdı
Xəzər sahilində parlayan mirvari... - İraq mediası
Azərbaycana səfərin 10 səbəbi - Çay, şərab, muzey...
Mədəniyyətimizin yeni bələdçisi “Gulture Guide” kataloqu işıq üzü görüb
İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb
Prezident və xanımı Nizami Gəncəvi parkında yaradılan şəraitlə tanış oldu
Prezident və xanımı ticarət mərkəzinin açılışında iştirak edib
Vendi Morton Heydər Əliyev Mərkəzində oldu
Azərbaycan fərqli və möhtəşəm ölkədir - Küveytin “Əl-Cəridə” qəzeti
Bulvarda Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 