Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Nazirlikdən ONN media-ya bildirilib ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində kimya, fizika, biologiya, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi), əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, mühasibat uçotu və audit, iqtisadiyyat, maliyyə, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı, inşaat mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter mühəndisliyi, psixologiya ixtisasları üzrədir. Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Arzu edənlər 2019-cu ilin aprel ayının 25-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi, 24, tel: (012) 498-09-71); Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96); Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29); Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91) təqdim edə bilərlər.
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Mərkəzin internet səhifəsində (www.expert.gov.az) "İşə qəbul" bölməsində yerləşdirilmiş, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir. Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.



Magistratura və rezidenturada oxuyanların təhsil haqqı müəyyənləşdi
Qarabağ Universitetində III qrup üzrə plan YERLƏRİ
Bu ixtisaslarda təhsil almaq istəyənlərə şad xəbər
Ali məktəblərin bakalavriat pilləsi üzrə yeni ixtisaslar yaradılıb – SİYAHI
Bu il BDU-da hansı ixtisaslara qəbul olacaq? - SİYAHI
AQTİ vakansiya elan etdi - İşsizlərin nəzərinə!
Ən yüksək keçid balına malik 5 ixtisas - SİYAHI
Qarabağ universitetlərində hansı ixtisaslar tədris olunacaq?- RƏSMİ
Bütün qruplar üzrə 150 ballıq ixtisaslar - SİYAHI
Türkiyə-Azərbaycan Universitetinin KEÇİD BALLARI
Qarabağ Universitetinə neçə nəfər qəbul olub?
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 