Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə oktyabr ayının 12-də ilk qrup hüquqşünaslarla keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2019-cu ilin noyabr ayının 25-dən etibarən söhbət keçirilməsinə başlanılacaqdır. Müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir. Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır. Nazirlikdən ONN media -ya verilən məlumara görə, hazırda Nazirliyin bölgələrdəki yerli qurumlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir. Arzu edənlər Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması" adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər. Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə



Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Ədliyyə orqanlarına imtahan keçirildi
Ədliyyə Nazirliyi müsabiqə elan etdi
Ədliyyə orqanlarına qəbulla bağlı açıq müsahibə elan edilir
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu aprel ayının 16-da başa çatır
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı bu tarixdə keçiriləcək - FOTO
Ədliyyə nazirliyində yeni təyinatlar olub
Prokurorluqdan işə qəbulla bağlı mühüm açıqlama: Dəvət...
Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 