Məlumat verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Bakı Şəhər İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, bununla əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətiləri və struktur bölmələri tərəfindən aidiyyatı qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun vətəndaşların istirahəti üçün lazimi şərait yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür. Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmamazlıqlarla bağlı müvafiq tədbirlər görülür. Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanmış, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib. Həmçinin “Şıx” çımərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıları həm dənizə həm də çimərlik ərazisinə atıldığı müəyyən edilmiş və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılmış, onlara bildirilmişdir ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcəkdir. Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.
Çimərlikdə karantin qaydalarını pozdular - CƏZA ALDILAR



Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
DİQQƏT: Bakıda reydlər keçirilir
Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi
BŞİH və paytaxt polisi reydləri daha da gücləndirdi
Ərazini zibilləyən şadlıq evi cərimələndi
ŞAD XƏBƏR: çimərliklərin istifadəsinə icazə verildi
Bu obyektlərin fəaliyyəti dayandırıldı
Bakıda birgə reydlər keçirilir - FOTOLAR
Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradıldı
Bakıda iki icra başçısına xəbərdarlıq edildi
Meriyadan pulsuz çimərliklərlə bağlı açıqlama
Bakı qarlı havaya hazırdırmı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 