Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazer yönləndirməli aviasiya bombasının inert versiyası sınaqlar üçün hazırdır.
ONN media xəbər verir ki, bu barədə İDEF-2019 sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.
Bombanın ilk prototiöindən 3 ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.
ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra, sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.
Qeyd edək ki, LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.



ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - VİDEO
Türkiyə yeni silahını sınaqdan keçirib
Azərbaycan PUA-ları Türkiyədə
Türkiyə Azərbaycanda hərbi müəssisə yaradır
Zakir Həsənov Türkiyəyə getdi
Azərbaycanın ilk lazer silahı nümayiş etdirilib
Zakir Həsənov Türkiyəyə getdi
Rusiya Ukraynada "Zadira" lazer kompleksindən istifadə edir
Türk ordusundan daha bir uğur
Əli Əsədov bu nazirliklə bağlı QƏRAR İMZALDI
Zakir Həsənov Türkiyədə səfərdədir
Azərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 